Fakültə tyutorları əlilliyi olan tələbələrə xüsusi həssaslıqla yanaşmalı və mütəmadi təlimlərdə iştirak edərək Mərkəzin fəaliyyətinə yaxından cəlb olunmalıdırlar. Onlar tələbələrin akademik maraqlarını qorumaqla yanaşı, tədris prosesinin təşkili üçün zəruri olan bütün məlumat və sənədlərin təqdim edilməsini təmin edirlər. Tyutorlar tələbələrə fərdi və işçi planların tərtibində məsləhətlər verir, müəyyən olunmuş müddətdə bu planların qəbulunu təşkil edir və ixtisaslar üzrə illik işçi planlarının hazırlanmasında iştirak edirlər. Eyni zamanda, tələbələrin fərdi tədris planlarında dəyişikliklər edilməsinə köməklik göstərir və hər hansı problem yarandıqda dərhal Mərkəzi məlumatlandırırlar.