


Alışov Vaqif
İdarəetmə
Alışov Vaqif Abdulxan oğlu 16 fevral 1969-cu ildə Biləsuvar rayon Nəsimikənd kəndində anadan olub. 1976-1986-cı illərdə Nəsimikənd tam orta məktəbində təhsil alıb.
1987-1989-cu illərdə sovet ordusunun tərkibində Əfqanıstan Respublikasında beynəlmiləl döyüşçü kimi xidmət edib.
1990-cı ildə Bakı Dövlət Universitetinin tarix fakultəsinə qəbul olunub. 1991-1994-cü illərdə Azərbaycan Respublikasının Suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib.
2000-ci ildən ADİU nəzdində Sosial İqtisadi Kollecdə pedaqoji fəaliyyətə başlayıb. 2011-2014-cü illərdə metodiki kabinet müdiri, 2014-2016-cı illərdə qiyabi şöbə üzrə metodist vəzifələrini icra edib. 2018-ci ildən ADİU nəzdində Sosial İqtisadi Kollecin İdarəetmə şöbəsinin müdiri vəzifəsini icra edir.
2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının işğaldan azad edilməsi uğrunda başlayan 44 günlük Vətən Müharibəsində könüllü olaraq iştirak edib.
Azərbaycan Respublikasının Suverenliyi və ərazi bütövlüyünün təmin olunmasında xidmətlərinə görə 16 may 2025-ci il tarixində Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunub.